Əl-Axir
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri.
Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir.
Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).
Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.